Qobustanda 11 min manatlıq oğurluq edən qardaşlar tutulubbackend

Qobustanda 11 min manatlıq oğurluq edən qardaşlar tutulub

Qobustanda metal dayaqlar oğurlayan şəxslər tutulub.

DİN-in mətbuat xidmətindən Hokm.az-a verilən xəbərə görə, aprelin 11-də Bədəlli kəndi ərazisində “Azərenerji” MMC-yə məxsus istismardan çıxarılmış 11446 manat dəyərində metal dayaqları oğurlanması ilə bağlı məlumat daxil olub.

Narkotik satan silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib – VİDEO
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şamaxı rayon sakinləri A.Zahirov və qardaşı H.Zahirov, əvvəllər məhkum olunmuşlar – T.Daşdəmirov, R.Dəmirov və S.Nəbiyev saxlanılıb.

  •  (0)
  •  (0)