Qısqanc kişi arvadını “lom”la öldürüb, bıçağı öz ürəyinə sancdı – Abşerondakı dəhşətli qətlin TƏFƏRRÜATIbackend

Qısqanc kişi arvadını “lom”la öldürüb, bıçağı öz ürəyinə sancdı – Abşerondakı dəhşətli qətlin TƏFƏRRÜATI

Abşeron rayonunda keçmiş arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Sadiq Muxtarovun cinayət işi.

Hokm.az xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evində baş verib.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sadiq Muxtarov həmin qəsəbədə yaşayan, keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Lalə Muxtarovaya ailə üzvlərinin gözü qarşısında ağır dəmir parçası (ling) ilə çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qətlə yetirib.

Daha sonra Sadiq Muxtarov intihar etmək istəyib və mətbəx bıçaqı ilə ürəyinə zərbələr vurub.

İstintaqla müəyyən edilib ki, Sadiq Muxtarov rəsmi nigahda olduğu lakin faktini ayrı yaşadığı Lalə Muxtarovanın azyaşlı oğlu ilə görüşməməyə imkan verməməsi səbəbindən sonuncu ilə dəfələrlə mübahisə edib.

Hadisə baş verən günü yenə azyaşlı oğlunu görmək üçün arvadının qaldığı evə gəldiydə Muxtarova ilə aralarında növbəti mübahisə baş verib.

Sadiq Muxtarov onu və nənəsini öldürmək qərarına gəlib. Bu məqsədlə evin qapısının yanındakı dəmir boru parçasını götürərək Lalənin baş, habelə bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr vurub. Qadın aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Əlindəki dəmir parçası ilə arvadının nənəsi Şəhlə Məmmədovanın üzərinə hücum çəkərkən, qadın qucağındakı azyaşlı nəticəsi ilə dəhlizə qaçıb. Muxtarov qadına çataraq  qucağındakı körpəyə əhəmiyyət verməyərək ona çoxsaylı zərbələr vurub. Qadının hərəkətsiz qaldığını görən Sadiq onunda öldüyünü zənn edib. Lakin göstərilən tibbi yardım nəticəsində Məmmədovanın həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən Sadiq Muxtarov ifadəsində bildirib ki, mərhum Lalə Muxtarova onun əmisi qızı olub. 2015-ci ildə ailə həyati qurublar.

Bir mddət sonra qayınanasını yaşadığı Masazır qəsəbəsinə köçüblər.

Evləndikdən iki ay sonra Lalənin telefonla başqa şəxslərlə danışmasından şübhələnib. Bu və digər səbəblərdən münasibətləri pozulub.

Uşaqları dünyaya gəldikdən sonra Lalə Muxtarova məhkəməyə boşanmaq üçün müraciət edib. Məhkəmə barışmaq üçün onlara 3 ay vaxt verib. Sadiq dəfələrlə oğlunu görmək üçün Masazır qəsəbəsinə gəlsə də Lalə və nənəsi buna imkan verməyib.

Dəhşətli cinayət hadisəsi də elə bundan sonra baş verib.

Məhkəmə baxışı zamanı müəyyən olunub ki, Sadiq Muxtarov yaşadığı Ağdam rayonundan azyaşlı oğlunu görməyə gəlsədə Lalə Muxtarova qanunsuz olaraq atanı övladını görməkdə məhrum edib.

Məhkəmə belə nəticəyə gəlib ki, Saqid Muxtarovun Lalə Muxtarovanı xüsusi amansızlıqla qəsdən öldürməsi, Şəhla Məmmədovanı ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsi bununlada iki vəya daha çox şəxsi qəsdən öldürməyə cəhd göstərməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sadiq Muxtarov 17 il müddətinə azadlıqdan məhrum edilib.(Ölkə.az)

  •  (0)
  •  (0)