Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar varbackend

Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var

Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub.

“Report”un  məlumatına görə, hadisə Kür çayının qırağında qeydə alınıb.

Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər.

Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

  •  (1)
  •  (0)