“Qanuni oğru”nu döyə-döyə öldürdülər – FOTObackend

“Qanuni oğru”nu döyə-döyə öldürdülər – FOTO

Gürcü əsilli “qanuni oğru” Kaxaber Parpaliya (Kaxa Qalski) dünyasını dəyişib.

Rəsmi məlumatlarda onun ölüm səbəbi insult keçirməsi ilə izah edilir. Lakin Rusiya KİV-ləri yazır ki, bir neçə gün əvvəl 45 yaşlı Kaxa Parpaliya Federal Penitensiar Xidmətin Omsk vilayətindəki idarəyə gətirilib. “Qanuni oğru” orada döyülərək öldürülüb.

Kaxa Qalski hazırda Rusiyada həbsxanada olan “qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) yaxın ətrafına daxil olan kriminalitet kimi tanınırdı. Onun kriminal iyerarxiyanın ən yüksək tiuluna layiq görülməsində də Şakro Molodoyun rolunun olduğu deyilir. Kaxa Parpaliya digər “qanuni oğru”lar kimi uzun müddətli həbs həyatı yaşamasa da, kriminal dünyada kifayət qədər nüfuzu olub. Hətta bir müddət Qafqaz klanının lideri kimi tanınıb.

Onun Türkiyədə qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (Lotu Quli) münasibətləri o qədər də yaxşı olmayıb. Parpaliya da himayədarı Şakro Molodoy kimi da kifayət qədər nüfuz sahibi olan Lotu Qulini özünə rəqib görüb.hit.az

  •  (1)
  •  (0)