Qadın sevgilisi ilə birləşib azyaşlı oğlunu öldürüb asdı – Bakıdakı DƏHŞƏTLİ CİNAYƏTİN ŞOK SƏBƏBLƏRİbackend

Qadın sevgilisi ilə birləşib azyaşlı oğlunu öldürüb asdı – Bakıdakı DƏHŞƏTLİ CİNAYƏTİN ŞOK SƏBƏBLƏRİ

Bakıda sevgilisi ilə bilrikdə azyaşlı övladını qətlə yetirməkdə təqsirli bilinən Yelena Çaadayeva və Aleksandr Mereşkinin cinayət işi.

Hokm.az xəbər verir ki,  Bakıda, Nobel prospekti 7 ünvanında,yenitikilməkdə  olan  binanın həyətində azyaşlı  oğlan uşağının meyiti tapılıb.

Meyit tapılan zaman onun paltarı  çıxarılıb və üzü mazuta  batıbmış.

Hadisə şahidləri dərhal polisə məlumat verib. Araşdırma zamanı hadisənin şok təfərrüatı üzə çıxarıb. Məlum olub  ki, meyiti tapılan oğlan Gennadi Usovdur. Onun anası və anasının məşuqəsi tərəfindən öldürüldüyü məlum olub.

Qadın istintaqa sensasion izahat verib.

İş üzrə dindirilən Yelena Çaadayeva oğlu Gennadi, qızı Darida və faktiki nigah münasibətində olduğu Aleksandrla birgə yaşadığını bildirib. Aleksandrı o anasının vəfatından bir müddət əvvəl tanıyıb. Bəzən içkili olduqlarından qızını və oğlunu döyüblər.
Noyabrın 26-da günorta saatlarında oğlu ilə birlikdə divanda uzanarkən Gennadi onun şalvarını çıxarmaq və onunla cinsi  əlaqədə olmaq  istəyib. Qadın oğlunun üstünə qışqırdıqda sonuncu dərhal onun yanından durub gedib.

Səhərsi günü oğlu ilə qızı məktəbə gediblər. Günorta isə geri evə qayıdaraq dərslərini oxumağa başlayıblar. Yelena Aleksandrla evə gələrkən Gennadinin evdən çıxdığını görüb. Hara getdiyini soruşduqda sonuncu kobud cavab qaytararaq uzaqlaşıb.
Oğlu evə gələnə kimi onlar mətbəxdə araq içiblər. Spirtli içkinin təsirindən Yelena Gennadinin ona qarşı etdiyi əxlaqsız hərəkət barədə Aleksandra danışıb.

Təxminən saat 22:00 radələrində oğlu evə qayıdıb və biraz keçmiş onunla Aleksandr arasında mübahisə başlayıb. Mübahisə zamanı Aleksandr oğlana əl və ayaqla zərbələr vurub.
Daha sonra isə onlar mətbəxə keçərək yenidən içki içməyə başlayıblar.

Gecə saata 1 radələrində həddindən artıq içkili və əsəbi olduqlarından Gennadini öldürməyi qərarlaşdırıblar. Uşaqlar olan otaga keçən Yelena görüb ki, həm oğlu, həmdə qızı yatıb. O, divandan əvvəlcədən gördüyü xalatının kəmərini götürüb əlində tez bir zamanda ilgəy yaradıb ki, oğlunu boğanda həmin ilgəy açılmasın. Yelena Gennadinin başını qaldıraraq ilgəyi onun boynuna keçirib və bir daha əmin olub ki, oğlu oynamayıb. Daha sonra əli ilə kəməri bərk sıxıb, Alekdandrda həmin vaxt oğlanın ayaqlarını tutub. Gennadi bir az tərpənsə də o kəməri elə sıxıb ki, uşağın heç səsidə çıxmayıb. Bir neç saniyə sonra uşağın tam hərəkətsiz qaldığını görüblər.

Daha sonra isə meyidi elə boğazında ilgəy formasında olan kəmərlə qapının üstündə quraşdırılan dəmir parçasından asıblar.
Sonra ikisidə tələsiy evdən çıxıblar ki, birdən qızı oyanar və onları görər. Onlar fikirləşiblər ki, qız qardaşını asılı vəziyyətdə görsün və elə düşünsün ki, Gennadi özünü asıb.

Onlar oğlanı asmaqla intihara uyğun bir görüntü yaratmaq istəyiblər.

Hadisədən sonra Aleksandr öz evidə Yelena isə işlədiyi restorana gedib.

Səhərsi gün Yelena evinə qayıdan zaman qapını öz açarı ilə açmayıb. O zəngi basıb ki, qızı oyansın və gəlib qapını açanda Gennadini asılı vəziyyətdə görsün. Qapını açan Darida çox həyəcanlı olub. Oda oğlunun asıldığını görüb biraz ağlayıb və qızından ipi kəsmək üçün bıçaq istəyib. İpi kəsəndən sonra Yelena oğlunun cansız bədənini tutub qızına dərhal Aleksandrı çağırmasını deyib.
Aleksandr gələndən sonra nə edəcəylərini düşünməyə başlayıblar. Yelena oğlunun meyidini dənizə atmağı təklif edib. Lakin Aleksandr bununla razılaşmayıb və daha çox diqqət çəkəcəklərini deyib, oğlanın meyitini evlərinin yanında olan yarımtikili sahəyə atmağı bildirib.

Onlar birlikdə Aleksandrın dediyi kimi oğlanın meyitini həmin əraziyə atıblar. Səhərsi gün xəbər veriblər ki, oğlunun meyiti tapılıb.

Məhkəmə prosesi zamanı Yelena və Aleksandr elan edilmiş  ittihamla özlərini tam təqsirli hesab ediblər

Məhkəmənin hökmü ilə Yelena Çaadayeva və Aleksandr Mereşkin ittiham olunduğu maddələrlə təqsirli bilinərək hər biri 15 il azadlıqdan məhrum etmə cəsazına məhkum olunublar.ölkə.az

  •  (0)
  •  (0)