Qadın qaynı oğlu tərəfindən qətlə yetirildi: 12 yaşlının gözü qarşısında bıçaqlayıbbackend

Qadın qaynı oğlu tərəfindən qətlə yetirildi: 12 yaşlının gözü qarşısında bıçaqlayıb

Hacıqabulda 35 yaşlı qadın qətlə yetirilib.

Hokm.az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Rəsulova Fəxriyyə Feyruz qızı qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisənin qısqanclıq zəminində törədildiyi deyilir.

Hazırda qadının meyiti müayinə olunması üçün  Şirvan morquna yerləşdirilib. Qətli törədən Hacıqabul rayonunun Muğan kənd sakini, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu saxlanılıb.

Məlumata görə, E.Axundov dul qalan əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  •  (0)
  •  (0)