Prezident yeni sərəncam imzaladıbackend

Prezident yeni sərəncam imzaladı

Prezident İlham Əliyev Qobustan rayonunun Bakı-Şamaxı-Yevlax (88 km)-Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Bakı-Şamaxı-Yevlax (88 km)-Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  •  (0)
  •  (1)