Paytaxtda mübahisə zamanı iki nəfəri bıçaqlayan gəncin məhkəməsi başlayırbackend

Paytaxtda mübahisə zamanı iki nəfəri bıçaqlayan gəncin məhkəməsi başlayır

Paytaxtda kütləvi dava zamanı iki nəfəri bıçaqlamaqda şübhəli bilinən Sənan Sadıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Hokm.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası iyunun 23-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin mart ayında baş verib.

Nərimanov rayonu, M. Nərimanov küçəsində 23 yaşlı Sadıyev Sənan Səid oğlu və qardaşı 25 yaşlı Təhməzlə, paytaxt sakinləri Canayev İsmayıl Vahid oğlu və 25 yaşlı Soltanov Əli Azər oğlu arasında dava düşüb.

Dava zamanı Sənan Sadıyev üzərindəki bıçaqla İsmayıl Canayev və Əli Soltanovu bıçaqlayıb.

Onların hər ikisi 5 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən Sənan Sadıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

  •  (0)
  •  (1)