Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər tutulubbackend

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər tutulub

Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan doqquz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt, qanunsuz saxlanılan silah-sursat bağlı iki faktmüəyyən edilib.

Ötən gün respublikanın avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

  •  (0)
  •  (0)