Oğurladığı avtomobillə polisdən qaçarkən QƏZA TÖRƏTDİ – Bakıdabackend

Oğurladığı avtomobillə polisdən qaçarkən QƏZA TÖRƏTDİ – Bakıda

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə Bakı şəhər sakini E.Muradova məxsus “Opel” markalı avtomobilin mayın 5-də F.İbrahimbəyov küçəsindən qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Hokm.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 7-də saat 23 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Sürücü polis əməkdaşlarının “Saxla” əmrinə tabe olmadığından məcburi saxlanılarkən avtomobili yol ayırıcısına vurub və maşından düşüb qaçmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi nəticəsində Salyan rayon sakini M.Əliyev saxlanılaraq avtomobillə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

  •  (0)
  •  (2)