Müğənni həbs edilən icra başçısı barədə ŞOK FAKTLARI AÇIQLADI – Paçkalarla dolları…backend

Müğənni həbs edilən icra başçısı barədə ŞOK FAKTLARI AÇIQLADI – Paçkalarla dolları…

Müğənni həbs edilən icra başçısı barədə ŞOK FAKTLARI AÇIQLADI – Paçkalarla dolları…

Gənc müğənni, “Abşeron” qrupunun solisti Şəhriyar Məhərrəmov bu gün həbs edilən Biləsuvar rayon İcra Hakimiyyərinin başçısı Mahir Quliyevlə bağlı bəzi xatirələrini bölüşüb.

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, M.Quliyev barədə sosial şəbəkədə yazan müğənni icra başçısını təxminən 15 ildir tanıdığını və onun həmin vaxt restoranda işlədiyini deyib: “2005 ya 2006-cı il idi, dəqiq yadımda qalmayıb, mən bulvardakı restoranda ofisiant işləyirdim.

Mahir bəy o vaxtı həmin restoranı işlədirdi, adminstrator, ya müdir kimi.

Bir dəfə aşağı zalda Telman İsmayılovun anasının ad günün oldu. Telman və dostları o qədər dollar səpmişdilər ki, məclis qurtarandan sonra adminstrator zalın tavanında bəzək kimi vurulan alçipanın arasından paçka-paşka dollar çıxardırdı.
Pullar səpilərkən bəzi paçkalar açılmayıb topa ilə alçıpanın arasına girib qalırdı.
O qədər pulu yığdılar amma səhərdən gecəyə kimi VÖEN-siz, heç bir müqaviləsin az maaşa işləyən ofsiatlara-bizə bir qəpik də vermədilər”.

  •  (2)
  •  (3)