Metronun Həzi Aslanov stansiyasının yaxınlığında bıçaqlanma: Xəsarət alan şəxs can verdibackend

Metronun Həzi Aslanov stansiyasının yaxınlığında bıçaqlanma: Xəsarət alan şəxs can verdi

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Fərzəliyev Azər Bayraməli oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı çoxlu qan itirib. O, aqonal (canvermə – red.) vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Hadisəni törədən və ya törədənlərin axtarışı davam etdirilir.APA

  •  (0)
  •  (0)