Mehriban Əliyevadan QARABAĞ PAYLAŞIMIbackend

Mehriban Əliyevadan QARABAĞ PAYLAŞIMI

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cəbhədəki vəziyyətlə bağlı daha bir paylaşım edib.

Hokm.az xəbər verir ki, Birinci-vitse prezidentin Feysbuk səhifəsindəki paylaşımda deyilir:

“Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır.

Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

  •  (0)
  •  (0)