“Lotu Quli”ni yaxın adamı qətlə yetirib – YENİLƏNİB + FOTObackend

“Lotu Quli”ni yaxın adamı qətlə yetirib – YENİLƏNİB + FOTO

“Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən şəxsin kimliyi ilə bağlı ilkin versiyalar üzə çıxıb.

Bildirilir ki, bu şəxs Xan Əhmədlinski adlı şəxsdir və Nadir Səlifova yaxın adamlardan olub.

“Lotu Quli”nin dörd güllə yarası alaraq qətlə yetirildiyi qeyd edilir.

07:48

“Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Onun bir restoranda şam etdiyi şəxs tərəfindən silahla vurularaq öldürüldüyü bildirilir.

Cinayətdə şübhəli bilinən şəxs qaçmaq istəyərkən Antalya-Dənizli avtomagistralında yaxalanıb.

Qeyd edilir ki, “Lotu Quli” Serik rayonunda bir hotelin restoranında öldürülüb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşını kriminal avtoriteti xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

  •  (2)
  •  (3)