Lənkəranda ŞOK ƏMƏLİYYAT – 10 nəfər tutuldubackend

Lənkəranda ŞOK ƏMƏLİYYAT – 10 nəfər tutuldu

Lənkəranda tiryəkxana təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib.

Hokm.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Həsənovun evində tiryəkxana təşkil etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilib.

Evə baxış zamanı oradan 2 kiloqrama yaxın tiryək, 1,4 qramdan artıq heroin, metamfetamin, elektron tərəzi və 22 ədəd şpris aşkar edilərək götürülüb.

Orada narkotik qəbul edən şəhər sakinləri H.Əliyev, K.Abdullayev, T.Axundov və əvvəllər məhkum olunmuşlar – M.Qasımlı, İ.Gülağazadə, Ə.Həbibov, E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 10 qrama yaxın heroin götürülüb.

Bundan başqa Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Z.Fərəcov, M.Fərziyev, B.Kəliyev, N.Şıxəliyev və T.Zeynalov Lənkəran şəhəri ərazisində saxlanılıblar.
T.Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan Z.Fərəcova və M.Fərziyevə məxsus 3 kiloqram 575 qram heroin, 3 kiloqram 135 qram metamfetamin və 1 kiloqram 828 qram marixuana aşkar edilərək götürülüb.

  •  (0)
  •  (0)