“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda ələ keçdibackend

“İnterpol”un axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda ələ keçdi

Gürcüstanın Axalkalaki rayonunda 2015-ci ildən axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1989-cu il təvəllüdlü T.Q. adlı şəxs “İnterpol”un “qırmızı xətti” ilə axtarışda olub. O, qəsdən qətl törətməkdə şübhəli bilinir.

Məlumatda hazırda ekstradisiya prosedurlarının başladıldığı qeyd olunub.

Hokm.az

  •  (0)
  •  (0)