İlham Əliyev bu şəxslərlə bağlı SƏRƏNCAM İMZALADIbackend

İlham Əliyev bu şəxslərlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Hokm.az xəbər verir ki,sərəncamda deyilir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Abbaszadə Nəzmiyyə Müzəffər qızı

Sinamdzqvarişvili Siala Vaxtanqovna

Yaqubova Tahirə Əhəd qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  •  (0)
  •  (0)