İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün – VİDEObackend

İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün – VİDEO

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.

Hokm.az Yenisabah-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.

“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, – məlumatda qeyd olunub.

Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.

Xəbərdə o da vurğulanır ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub.

İcra başçısı onun özəlləşdirərək özünə ev edib.

  •  (2)
  •  (1)