Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb – FOTObackend

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb – FOTO

Masallıda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Musaküçə kənd sakini Q.Bayramov saxlanılıb.

Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə becərdiyi yaş halda çəkisi doqquz kiloqram olan üç ədəd narkotik çətənə kolu, həyətindəki yardımçı tikilidən isə 370 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)