Həm anası, həmdə qızıyla sevgili imiş- Xaçmazdakı iyrənc olay CİNAYƏTƏ SƏBƏB OLDU – ŞOK TƏFƏRRÜATbackend

Həm anası, həmdə qızıyla sevgili imiş- Xaçmazdakı iyrənc olay CİNAYƏTƏ SƏBƏB OLDU – ŞOK TƏFƏRRÜAT

Xaçmaz rayonunda sevdiyi qızın anasını baltalayaraq öldürməkdə təqsirli bilinən Samir Hacıəliyevin cinayət işi.

Hokm.az xəbər verir ki, hadisə rayonun Şimali kəndində baş verib. Samir Hacıəliyev ailə qurmaq istədiyi qızın anası Gülnaz Sultanovanın baş və bədən nahiyyələrinə ağır xəsarətlər yetirib. Daha sonra Samir qadının hərəkətsiz qaldığını görərək onun öldüyünü güman edib və Yalama polis bölməsin gələrək həyətində adam öldürdüyün bildirib. Lakin Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın hadisədən 5 gün sonra dünyasını dəyişib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Samir Hacıəliyev bildirib ki, 2014-cü ildə tanış olduğu Xaçmaz rayonu, Yalama kənd sakini Şəfanə Feyzullayeva ilə ailə qurmaq istəyib. 2015-ci ilin qış aylarında sevgilisi ona zəng edərək anası Gülnazın onu evdən qovduğunu və getməyə yerinin olmadığını deyib. Şəfanə ilə evlənmək fikri olduğundan onu yaşadığı evə gətirib. Bir neçə gün sonra anasının məsləhəti ilə qız öz evlərinə qayıdıb. Bundan sonra Samir tez-tez onlara qonaq gedib. Gülnaz onunla yaxınlıq etməyə çalışıb. O, isə qadına qızını sevdiyini və onunla ailə qurmaq istədiyini söyləyərək ondan uzaq durmasını xahiş edib:

“Mən onlara gedib-gəlməyə başladım. Qızın nənəsi məni çox istəyirdi. Qızın anası aramızı vurdu və sonradan bildim ki, Gülnaz məni sevir, ona dedim ki, məndən əl çək, ayıbdır. Məndən əl çəkmirdi, maşın tutaraq arxamca gəzirdi. Dostlarımın yanında məni sevdiyini deyirdi. Deyirdi ki, məni sevməsən qızımı öldürəcəm”.

Bir gün Şəfanə gilə qonaq gedəndə evdə tək olan Gülnaz Samirin sərxoşloğundan istifadə edib onunla cinsi əlaqədə olub.

Bir müddət yaxın münasibətləri davam edəndən onra Samir bunun səhv olduğunu başa düşüb və qadından uzaqlaşmağa çalışıb. Onun bu hərəkətindən acığa düşən Gülnaz qızına onların intim münasibətindən daşınıb. Bu səbəbdən Şəfanə həm ondan, həm də anasından üz döndərərək evdən çıxıb Bakıya gedib.

Gülnaz Samirdən yenədə əl çəkməyib. Tez-tez telefon nömrəsinə zəng edərək sərt şəkildə öz qısqanclığ iradlarını bildirib.

Martın 26-da  Samir qardaşının evində Gülnaz Sultanova ilə görüşüb və spirtli içki qəbul ediblər. Bu zaman Samir Gülnazdan ondan əl çəkməsini, qızı ilə ailə qurmaq istədiyini deyib. Amma Gülnaz Samirin bu tələbini yenədə rədd edib.

Bu görüşdən bir gün sonra Samir evdə olarkən Gülnaz Sultanova Samirə bir neçə dəfə zəng edib. Əvvəl telefonu söndürsə də, sonra Gülnaz Sultanovanın zənginə cavab verib. Bu zaman Gülnaz Sultanova Samirdən qəzəblə nəyə görə telefon zənglərinə cavab vermədiyini soruşub və qısqanclıq iradlarını yenə də kobud şəkildə bildirməklə, həm onun, həm də anası Simnarə Hacıəliyevanın ünvanına nalayiq ifadələr işlədib.

Bundan sonra Samir Gülnazı öldürmək qərarına gəlib. Bu niyyətlə Gülnaz Sultanovanı anası Simnarə Hacəliyeva ilə görüşdürəcəyi bəhanəsi ilə yaşadığı evə dəvət edib. Gülnaz Sultanova Samirgilin evinə gələrkən sərxoş vəziyyətdə olub.

Qadını qapıda qarşılayan Samir həyətdə odun doğramaq üçün istifadə etdiyi baltanı götürərərk arxadan Gülnaz Sulatanovaya yaxınlaşıb və onun baş nahiyyəsinə 5 zərbə endirib.

Samir Gülnaz Sultanovanın öldürdüyünü güman edərək Xaçmaz rayon polis şöbəsinin Yalama polis bölməsinə gedərək təslim olub. Gülnaz Sultanova Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə prosesi zamanı Samir Hacıəliyev özünü qismən təqsirli bilib.

Məhkəmə tərəfləri dinlədikdən sonra hesab edib ki, Samir Hacıəliyevin törətdiyi cinayət əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə Samir Hacıəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. olke.az

  •  (0)
  •  (0)