Gəncədə DƏHŞƏTLİ QƏTL: İtkin düşən qızın meyiti zibillikdən tapıldıbackend

Gəncədə DƏHŞƏTLİ QƏTL: İtkin düşən qızın meyiti zibillikdən tapıldı

Bir ay əvvəl Gəncədə itkin düşən 19 yaşlı qızın meyiti tapılıb.

Hokm.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 2002-ci il təvəllüdlü Pərvin Musayevanın meyiti bu gün Gəncə şəhərində zibilliklərin birindən tapılıb.

Qızın qətlində sevgilisi Sərdar Cəfərov şübhəli bilinərək saxlanılıb. İlkin ehtimala görə, S.Cəfərov qızı boğaraq öldürüb.

Qətlin qısqanclıq zəminində törədildiyi deyilir.

Məlumata görə, 19 yaşlı qızın ölümündə şübhəli bilinən Sərdar Cəfərov Gəncə Dövlət Universitetin tələbəsi olub. / Oxu.az

  •  (0)
  •  (1)