Azərbaycanda 15 yaşlı qıza təcavüz etdilər: Hamilə qalıbbackend

Azərbaycanda 15 yaşlı qıza təcavüz etdilər: Hamilə qalıb

Füzuli rayonunda 15 yaşlı qızı zorlayan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən Hokm.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təqsirləndirilən şəxs barəsində Füzuli Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Füzuli rayonunda bir neçə ay əvvəl 38 yaşlı V.M 15 yaşlı A.T-ya təcavüz edib. Bir müddət sonra qızın hamilə olduğu məlum olub.

  •  (0)
  •  (0)