FHN polkovniki dövlət sirrini yaydığı üçün həbs edilib – Məhkəmə qərarıbackend

FHN polkovniki dövlət sirrini yaydığı üçün həbs edilib – Məhkəmə qərarı

Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi ona etibar edilən dövlət sirrini yaydığı üçün cinayət məsuliyyətinə cəlb edilib.

Mubahise.az-ın əldə etdiyi məlumata görə, FHN polkovniki Əfrasim Aşurbəyovun xidməti vəzifəsi ilə əlaqədar olaraq nazirlikdə ona etibar edilmiş dövlət sirrini yaydığı üzə çıxıb.

Hərbi prokurorluqda onun bağlı Cinayət Məcəlləsinin 284.1-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılıb. Ə.Aşurbəyov dövlət sirrini yaydığı üçün bu maddə ilə təqsirləndirilib.

İstintaqın təqdimatı ilə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev polkovnik Əfrasim Aşurbəyov haqqında həbs qətimkan qərarı verib. O, istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, Ə.Aşurbəyov daha əvvəl isə qonşusunu döyməklə mətbuatın gündəminə düşmüşdü.

  •  (0)
  •  (0)