Gəncədə toyda bıçaqlananların sayı 3-ə çatıb – YENİLƏNİBbackend

Gəncədə toyda bıçaqlananların sayı 3-ə çatıb – YENİLƏNİB

Gəncədə toyda bıçaqlanan şəxlərin sayı 3-ə çatıb.

“Unikal” -ın məlumatına görə ər və arvadla bərabər Namiq Məmmədov da bıçaqlanıb. N.Məmmədov özəl xəstəxanaların birinə yerləşdirilib.

İlkin məlumata görə, hadisə mübahisə zamanı baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

—————-

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə “Min Bir Gecə” şadlıq sarayında qeydə alınıb.

Şəfayət adlı şəxs və onun həyat yoldaşı Rəna adlı qadın müxtəlif bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

  •  (0)
  •  (0)