Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildibackend

Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

Hokm.az-ın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib.

E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, BŞBPİ-nin Mətbuat Xidməti ləğv edilib.Report

 

  •  (0)
  •  (1)