Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verildibackend

Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verildi

Prezident İlham Əliyev Ə.N.Nağıyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Hokm.az bildirir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

  •  (0)
  •  (0)