Əli Heydərovun qatili tapançanı avtobusa tullayıbbackend

Əli Heydərovun qatili tapançanı avtobusa tullayıb

Kriminal avtoritet “Albert Rıjiy”i öldürməkdə şübhəli bilinən şəxs cinayət yerindən avtobusda qaçıb.

Hokm.az xəbər verir ki, bu barədə Mk.ru saytı yazıb.
“26-cı saylı marşrut avtobusunun sürücüsü metronun “Sokol” stansiyası yaxınlığındakı axırıncı dayanacaqda növbəti reysdən sonra salona baxarkən, pəncərənin yanında, oturacağın arxasında tapança, patron darağı və patronlara bənzər əşyalar aşkar edib”, — deyə məlumatda bildirilir.
Qeyd olunur ki, şübhəli şəxs avtobusda gödəkçəsini sonradan metronun “Sokol” stansiyası yaxınlığındakı son dayanacaqda düşən bir nəfər naməlum sərnişinlə dəyişib.  Daha sonra gödəkcə zibil konteynerlərindən birində aşkar edilib.
Xatırladaq ki, Rusiya mənbələri dünən Moskvada azərbaycanlı “qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) idman zalında güllələyən killerin Taleh Orucov adlı şəxs olduğu barədə xəbər yaymışdılar.Sfera.az
  •  (0)
  •  (0)