DTX-nin həbs etdiyi XİN-in vəzifəli şəxslərindən XƏBƏR VARbackend

DTX-nin həbs etdiyi XİN-in vəzifəli şəxslərindən XƏBƏR VAR

Ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat nəticəsinə həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri – XİN-in İşlər idarəsinin sabiq müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadənin məhkəməsinin məlum olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, onların məhkəmə prosesi dekabr ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək. Cinayət işi hakim Əfqan Hacıyevin icraatındadır.

Qeyd edək ki, sözügedən şəxslər ötən ilin iyul ayında həbs ediliblər.

  •  (0)
  •  (0)