DİN: həftəsonu cinayət törətməkdə şübhəli bilinən 92 nəfər tutulubbackend

DİN: həftəsonu cinayət törətməkdə şübhəli bilinən 92 nəfər tutulub

Daxili İşlər Nazirliyi həftəsonu daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb.

  •  (0)
  •  (0)