Müğənni Dilarə Kazımova bütün pullarını layihələrinə xərcləməsindən danışıb.
Hokm.az xəbər verir ki, sənətçi bu haqda “Xəbər-ətər” proqramında qonaq olarkən deyib.
Dilarə bildirib ki, evini təmir etdirə bilmir:
“Hər dəfə deyirəm ki, evi təmir etdirim, amma qalır. Əlimdə olan pulu layihələrimə xərcləyirəm. Deyirəm, bunu da təqdim edim, növbəti dəfə evə xərcləyərəm. Beləcə 4 ildir, evimi təmir etdirə bilmirəm”.
Dilarə açıq-saçıq geyimlərindən də söz açıb. O deyib ki, tamaşaçı onu daha çox bu cür geyimlərdən sonra tanıyıb:
“Həmişə deyirlər ki, niyə belə açıq-saçıq geyinirsən. Axı sənin gözəl səsin var? Açıq-saçıq geyinəndən sonra daha da məşhur oldum. Bu, məndən asılı deyil, obrazdır. Şəkillər də məqsədəuyğun çəkilir. Qapalı fotolar bəyəni yığmır. Dekolteli şəkillərə isə reaksiya çox olur”.Metbuat.az