“Deyirdi ki, nə yola düşürşən düş, qazan, gətir” – BAKIDA ƏRİNİ ÖLDÜRƏN QADINDAN ŞOK ETİRAFLAR – VİDEObackend

“Deyirdi ki, nə yola düşürşən düş, qazan, gətir” – BAKIDA ƏRİNİ ÖLDÜRƏN QADINDAN ŞOK ETİRAFLAR – VİDEO

Yaşadığı evdə həyat yoldaşını bir bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirli bilinən Vəfa Orucovanın cinayət işi.

Hokm.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Rayonun Məlik Məmmədov küçəsində kirayə yaşadığı evdən şəhər sakini Rövşən Musayev ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya gətirilərkən yolda ölüb. Əməliyyat-axtarış tədbirlərinin gedişində mərhumun arvadı Vəfa Orucova tərəfindən qətlə yetirilməsi məlum olub.

İstintaqla müəyyən olunub ki, gecə saat 1:00 radələrində kirayə yaşadıqları mənzildə aralarında şəxsi münasibətlərin pozulması zamanı Rövşən Musayev həyat yoldaşı Vəfa Orucovanın sifət nahiyyəsinə yumruqla zərbələr vurub. Otağa daxil olan övladlarının onları ayırmasına baxmayaraq həyat yoldaşının zərbələrindən qorunmaq üçün qadın mətbəxə qaçaraq ordan bıçaqğı götürüb geri qayıdıb. Ərinin ondan əl çəkməməsini görərək bıçaqla onun kürəyinə bir zərbə vurub.

İş üzrə dindirilən Vəfa Orucova ifadəsində bildirib ki, 2004-cü ildə Rövşən Musayevlə ailə qurub və nigahlarından 3 övladları olub. Həddən artıq əsəbi olan əri onu dəfələrlə döyüb. Bununla əlaqədar Vəfa Orucova iki dəfə şikayət də edib. Amma uşaqları olduğu üçün sonradan ərini bağışlayıb.

Ailədə baş verən söz-söhbətlər əsasən maddi cəhətdən zəif dolanmağdan və yoldaşının onu qısqanmasından yaranıb. Belə ki, Rövşən onu həmişə məcbur edub ki, gedib hardasa işləyib evə qazanc gətirsin.

Sonuncu dəfə mübahisə isə Vəfanın övladına şalvar aldığı üçün yaranıb. Rövşən pul olmadığı vaxta aparıb şalvara pul verməsini ona irad tutub. Vəfa mübahisənin uzanmaması üçün yoldaşına fikir verməyib və yatıb. Rövşən isə başının üstündə duraraq onun və anasının ünvanına nalaiq ifadələr işlədib. Vəfa yuxudan oyanan zaman yoldaşı onun sifətinə yumruqlar vuraraq onu boğmağa başlayıb. Yumruq zərbələrinin təsirindən Vəfanın burnundan qan açılıb. Daha sonra Vəfa ərinin əlindən çıxıb mətbəxə qaçıb və bıçağı götürüb gələn zaman Rövşən onun əlindən alıb. Mübahisə zamanı yoldaşının əlindən düşən bıçağı yerdən qaldırıb onun kürəyinə xəsarət yetirib və bıçağı geri çəkərək bədənindən çıxarıb.

Rövşəni vurduqdan sonra çox həyəcanlı olduğundan nə edəcəyini bilməyib. Əvvəlcə qaynına zəng edib. Yoldaşının onun tərəfindən vurulduğunu bilməmələri üçün Rövşənin küçədən yaralı vəziyyətdə evə gəldiyini və öldüyünü deyib.

Daha sonra isə polis əməkdaşları ilə bölməyə gətirilən Vəfa Orucova hadisəni olduğu kimi danışıb.

Məhkəmə prosesi zaman Vəfa Orucova cinayət məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə özünü qısmən təqsirli bilib.

Məhkəmə hesab edib ki, Orucovanın əməli cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidi və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdı.

Sonda məhkəmənin hökmü ilə cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinən Vəfa Orucova 12 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

  •  (0)
  •  (0)