Cinayət törədən daha 49 nəfər tutuldu – KRİMİNAL XRONİKAbackend

Cinayət törədən daha 49 nəfər tutuldu – KRİMİNAL XRONİKA

İyunun 15-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 13-nün açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Hokm.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 38, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

  •  (0)
  •  (1)