Cəbrayılda silah-sursat əldə etmiş şəxslər yaxalandıbackend

Cəbrayılda silah-sursat əldə etmiş şəxslər yaxalandı

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılmış nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Hokm.az-a verilən məlumata görə, cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib. Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib. Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.

  •  (0)
  •  (0)