Cəbrayıl polisi əməliyyat keçirdi – Qumbara dolu maşın SAXLANILDI, TUTULAN VARbackend

Cəbrayıl polisi əməliyyat keçirdi – Qumbara dolu maşın SAXLANILDI, TUTULAN VAR

Noyabrın 15-də saat 17 radələrində Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

Hokm.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.

R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

  •  (2)
  •  (3)