Ballıqaya kəndində qətlə yetirilən şəxslə bağlı bəzi təfərrüat məlum olub – VİDEObackend

Ballıqaya kəndində qətlə yetirilən şəxslə bağlı bəzi təfərrüat məlum olub – VİDEO

Goranboyun Ballıqaya kəndində törədilən qətlin təfərrüatı məlum olub.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Noyabrın 10-da 44 yaşlı Yevlax sakini Coşqun Əhmədov tanışı 53 yaşlı Ağdam rayon sakini Qədir Ələsgərovu avtomobillə Yevlaxdan Goranboyun Ballıqaya kəndinə gətirib. C.Əhmədov orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Q.Ələsgərovun baş nahiyəsinə daşla xəsarətlər yetirərək öldürüb.

Baku TV-nin çəkiliş qrupu hadisənin baş verdiyi ərazidə olub. Q.Ələsgərovun qonşuları onun epilepsiya xəstəsi olduğunu bildirib. Qonşuluqda problemli adam olmadığını, tək yaşadığını bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən C.Əhmədov tutularaq istintaqa təhvil verilib.

  •  (0)
  •  (0)