Balakəndə 3 tona yaxın çətənə kolu məhv edilib – FOTObackend

Balakəndə 3 tona yaxın çətənə kolu məhv edilib – FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub .

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 tona yaxın olan 4800 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

  •  (0)
  •  (0)