Bakıda ŞOK OLAY: Sürücü gecə 3-də müdirinin villasına basqın etdi – TƏFƏRRÜATbackend

Bakıda ŞOK OLAY: Sürücü gecə 3-də müdirinin villasına basqın etdi – TƏFƏRRÜAT

Ötən ilin yayında Bakı şəhər Binəqədi rayonu Fatmayi qəsəbəsində yerləşən bağ evində quldurluq əməli törətmiş 1986-cı il təvəllüdlü Cəlal Hüseynov barəsində maraqlı faktlar üzə çıxıb.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quqldurluq-külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.2-ci (hədə qorxu ilə tələb etmə -külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 134-cü( öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə cinayət işi açılan Cəlal Hüseynov ev sahibi olan tanınmış iş adamı Ə.R-in sürücüsü olub.

Bildirilir ki, ötən ilin iyul ayında Ə.R-in sürücüsü H.A iş adamının oğlunun yanında işləməyə başlayıb. Buna görə də, iş adamı keçmiş sürücüsünün məsləhəti ilə Cəlal Hüseynovu özünə sürücü götürüb. Təxminən 1 ay müddət keçdikdən sonra Cəlal iş adamının oğlunun bankdan 70 min dollar kredit götürdüyünü öyrənib. O, pulu ələ keçirmək üçün quldurluq planı qurub.

Avqustun 18-nə keçən gecə Cəlal Hüseynov Ə.R-in Fatmayidəki bağ evində olduğunu bilərək həmin ünvana gəlib. O, həyətdən balta və ağac parçası götürərək gecə saat 03 radələrində evin birinci mərtəbəsinə daxil olub. Başını və üzünü məişət dəsmalı ilə bürüyən 34 yaşlı Cəlal balta ilə qapının cəftəsini qırıb. Bu zaman evə Ə.R və həyat yoldaşı olub və onlar yataq otağında yuxuda olublar. Birinci mərtəbədən səsin eşidilməsi ilə qadın yuxudan oyanıb. O, həyat yoldaşını oyadıb və bu zaman 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan Cəlal yataq otağının qapısının arxadan bağlandığını görüb. O, əlindəki soyuq silahla qapının şüşəsini sındırıb və otağa daxil olub.

Evdəki pulları tələb etməyə başlayan Cəlalın səsini ilk olaraq qadın tanıyıb. O, üzünü gizlədən şəxsin Cəlal olduğunu və evlərində sürücü işlədiyini deyib. Basqınçı da bunu inkar etməyərək evdəki 60 min dolları tələb etməyə başlayıb. O, əlindəki ağac parçası ilə müdirinə və xanımına zərbələr endirib. İş adamı isə pulları evə gətirmədiyini, üstündə cəmi 300 manat olduğunu, onu götürməsini, 60 min dolları isə sabah Cəlala verəcəyini, sürücüdən onları öldürməməyi xahiş edib.

Beləliklə C.Hüseynov müdirinin cibindəki 300 manatı götürməyə razı olub. O, Ə.V-yə 60 min dolları çatdırması üçün 2 gün vaxt verib. Yoxsa onu, həyat yoldaşını, övladlarını, nəvələrini tikə-tikə doğrayacağını deyib. Ə.V hədələrdən çəkinərək polisə məlumat verməyib. Quldur sürücünün getməsindən sonra iş adamının xanımı dərhal oğluna bu barədə bildirib. Daha sonra hadisə barədə polisə məlumat verilib və Cəlal Hüseynov həbs edilib.

  •  (0)
  •  (0)