Bakıda qısqanc ərdən dəhşətli əməl – qayınata və qayınanasını yandırdıbackend

Bakıda qısqanc ərdən dəhşətli əməl – qayınata və qayınanasını yandırdı

Prokurorluq Bakıda adam öldürməyə cəhdlə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Hokm.az-a daxil olan məlumatda deyilir:

“Sentyabrın 19-u saat 04 radələrində Nəsimi rayonu ərazisində, yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırmış, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri almışlar.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.
Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

  •  (0)
  •  (1)