Bakıda qardaş qardaşı bıçaqladıbackend

Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, hadisə Qarabağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsində qardaşlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Bıçaqlanan 1984-cü il təvəllüdlü Amonov Yaqub Ozan oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.report.az

  •  (0)
  •  (0)