Bakıda qanlı dava – Ramil Oruclu öldürüldübackend

Bakıda qanlı dava – Ramil Oruclu öldürüldü

İyunun 20-i saat 18 radələrində Binəqədi rayon ərazisində 1985-ci il təvəllüdlü Ramil Orucluya məxsus meyitin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğundan Hokm.az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

  •  (1)
  •  (1)