Bakıda pedofil futbol məşqçisi saxlanıldı – SMS-lər üzə çıxdıbackend

Bakıda pedofil futbol məşqçisi saxlanıldı – SMS-lər üzə çıxdı

Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.

Hokm.az Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir.

Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.

Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.

Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.

Hokm.az

  •  (0)
  •  (0)