Bakıda oğlan ondan ayrılmaq istəyən sevgilisini amansızlıqla qətlə yetirib – Dəhşətli qətlin TƏFƏRRÜATI-VİDEObackend

Bakıda oğlan ondan ayrılmaq istəyən sevgilisini amansızlıqla qətlə yetirib – Dəhşətli qətlin TƏFƏRRÜATI-VİDEO

Bakıda sevdiyi qızı qətlə yetirməkdə təqsirli bilinən Zəfər Mərdanovun cinayət işi.

Hokm.az xəbər verir ki, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib.

İttihama görə, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Səkinə Hümbətova bıçaqla qətlə yetirilib.Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində ataraq getmələri də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən olunub ki, Zəfər Mərdanov qeyri-rəsmi münasibətlə olduğu Səkinə Hümbətovanı, onu sevməməsi, münasibətlərinə son qoyulması və bir daha narahat edilməməsi tələblərini ozünə qəbul edilməz kimi qəbul edib.

Təqsirləndirilən şəxs qismində dindirilən Zəfər Mərdanov bildirib ki, Səkinə Hümbətova ilə hadisədən təxminən 6 ay əvvəl “Facebook”sosial şəbəkəsində tanış olub. Şəbəkədə bir neçə dəfə bir-birlərinə mesaj göndərdikdən sonra qadın öz telefon nömrəsini ona verib.

Səkinə əvvəllər evli olub boşandığını və 4 yaşlı qızının olduğunu deyib.

Telefonla danışdıqdan iki gün sonra Səkinə onu evlərinə qonaq çağırıb qızı və anası ilə tanış edib. Səkinə ilə mütəmadi görüşdükdən sonra ona qarşı sevgi hissləri yaranıb.

Bir müddət sonra Zəfər Mərdanov Səkinənin hərəkətlərindən və danışığından ondan ayrılmaq istədiyini hiss edib.

Avqust ayının 9-da Səkinə onun zənglərinə cavab vermədiyi üçün qohumu Sevinclə əlaqə saxlayıb. Sevincə onun niyə telefonlarına cavab vermədiyini soruşanda sonuncu Səkinənin onu artıq sevmədiyini və ayrılmaq istədiyini deyib.

Həmin axşamZəfər Səkinəgilin evinə gedib onu hansı səbəbə sevmədiyini soruşub. Səkinə isə ona qarşı heç bir hissi olmadığını bildirib.

Bu məqsədlə Zəfər Mərdanov Səkinədən ayrılmaq istəmədiyi üçün ona xəsarət yetirmək qərarına gəlib.

Hadisə baş verən günü mağazadan iki ədəd bıçaq alaraq Səkinə yaşadığı evə gəlib.

Hadisə barədə daha ətraflı videonu təqdim edirik.

  •  (1)
  •  (1)