Bakıda mənzillərə atəş açan şəxs kimdir?backend

Bakıda mənzillərə atəş açan şəxs kimdir?

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Hokm.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 6-da Ə.Əhmədov küçəsindəki yaşayış binasının qarşısında tapança patronuna aid 1 ədəd giliz və 2 ədəd güllə başlığı aşkar edilərək götürülüb

 

Araşdırmalarla iyunun 6-na keçən gecə naməlum şəxsin tapançadan açdığı atəşdən evin birinci mərtəbəsində yerləşən təkər təmiri sexinə və 2-ci mərtəbədə yerləşən 2 mənzilin eyvanlarının pəncərə şüşələrinə ziyan dəyməsi, xəsarət alanın olmadığı müəyyən edilib.

Araşdırma aparılır.

  •  (0)
  •  (0)