Bakıda marketdə boğazı kəsilmiş kişi tapıldıbackend

Bakıda marketdə boğazı kəsilmiş kişi tapıldı

Bakının Nizami rayonunda yerləşən iri supermarketin sanitar qovşağında boğazı kəsilmiş vəziyyətdə 28 yaşlı kişi tapılıb.

Hokm.az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən supermarketlərin birində qeydə alınıb.

Marketin işçiləri sanitar qovşaqda bir nəfəri boğazı kəsilmiş halda aşkar ediblər. Yaralı xəstəxanaya çatdırılıb. Onun 1993-cü il təvəllüdlü İsmayılov Şakir Bəşir oğlu olduğu müəyyən edilib.

Polislər tərəfindən hadisənin təfərrüatı araşdırılır.APA

  •  (0)
  •  (0)