Bakıda klinikaya oğurluğa girən şəxs polisi görüb özünü bıçaqladıbackend

Bakıda klinikaya oğurluğa girən şəxs polisi görüb özünü bıçaqladı

Bakıda klinikaya oğurluğa girən şəxs özünü bıçaqlayıb.

Hokm.az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən klinikaların birində qeydə alınıb.

Belə ki, gecə yarısı soyğunçuluq məqsədi ilə klinikaya girən rayon sakini Məmmədov Anar Akif oğlu polis əməkdaşlarının ona yaxınlaşdığını görərək, əlindəki bıçaqla özünə xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

  •  (1)
  •  (1)