Bakıda kişi barışığa gələn keçmiş kürəkəninə balta ilə hücum etdibackend

Bakıda kişi barışığa gələn keçmiş kürəkəninə balta ilə hücum etdi

Bakının Xəzər rayonunda bir nəfərin ağır yaralanması ilə nəticələnən ailə münaqişəsi baş verib.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Belə ki, 1972-ci il təvəllüdlü yerli sakin Toğrul Hüseynov qızı ilə barışıq üçün evinə gələn 1993-cü il təvəllüdlü keçmiş kürəkəni Nurlan Paşayevə balta ilə hücum edib.

Münaqişə zamanı kişi N.Paşayevin başına balta ilə bir neçə zərbə endirib. Nəticədə zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, T.Hüseynov saxlanıb.

  •  (0)
  •  (0)