Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladıbackend

Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı

2021-ci il martın 10-da paytaxtın Xətai rayonu ərazisində yerləşən çayxanada xadimə işləyən Mahirə Baxşiyevanın üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Xətai rayon Prokurorluğundan Hokm.az-a bildirilib ki, istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Zamin Baxşiyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mahirə Baxşiyevanı məişət təyinatlı turistik bıçaqla vuraraq xüsusi amansızlıqla- müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla ümumilikdə 35 bədən xəsarəti yetirib qəsdən öldürüb.

Zamin Baxşiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  •  (0)
  •  (0)