Bakıda əməliyyat – Həbs olunanlar varbackend

Bakıda əməliyyat – Həbs olunanlar var

Bakının Suraxanı rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Hokm.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki 2 evdən ümumilikdə 1700 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri E.Əliyev və T.Rüstəmov saxlanılıblar.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində martın 21-də rayon ərazisində 1 avtomobildən 2400 manat və 4200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev tutulub.teleqraf.com

  •  (0)
  •  (0)