Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Əli Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 13 il azadlıqdan məhrum edilib.
İttihama görə, 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində 1985-ci il təvəllüdlü Ə.Nağıyev mübahisə zəminində dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra Ə.Nağıyev Gürcüstana qaçıb. Bir müddət sonra o, Gürcüstanda saxlanılaraq Bakıya ekstradisiya edilib. (trend)
Hokm.az
















