Bakıda dəhşətli qətlin təfərrüatları: Kişini çaydanla öldürdülər – VİDEObackend

Bakıda dəhşətli qətlin təfərrüatları: Kişini çaydanla öldürdülər – VİDEO

Bakının Binəqədi rayonunda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.

Hokm.az baku.tv-yə istinadən xəbər verir ki, 2019-cu il oktyabrın 17-i saat 07.40-da Binəqədi RPİ-nin Növbətçi hissəsinə zəng edən şəxs, özünü təqdim etmədən, “Şərq” çay evinin pilləkənlərinin yanında naməlum şəxsin asfalt üzərində uzandığını bildirib.

Ərazi aidiyyatı üzrə 4-cü polis şöbəsinə məlumat verilib. Polis əməkdaşları M.Rəsulzadə, Məsud Davudoğlu küçəsi, 1 ünvanında yerləşən çay evinin qarşısında, üzərində müxtəlif dərəcəli xəsarətlərlə kişi meyitini aşkar ediblər.

Məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, qan nümunələri götürülüb, zəruri hərəkətlər yerinə yetirilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Cövdət Abbasov tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Binəqədi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cövdət Abbasov Ağdam şəhərində anadan olub, İ.Qayıbov küçəsi, 69 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, M.Rəsulzadə qəsəbəsi, Rüstəmov küçəsi, 6 ünvanında yaşayıb. Əvvəllər məhkum olunmayıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Sabir Ələkbərovun ölümünə alın nahiyəsinə endirilmiş zərbələr nəticəsində beyin toxumasına qansızma səbəb olub. Qanında 0,93 % qatılıqda etil spirti aşkar edilib.

İstintaqla müəyyən edilib ki, oktyabrın 16-da Cövdət Abbasov tanşı Sabir Ələkbərovla spirtli içki qəbul etdikdən sonra, saat 19 radələrində birlikdə “Şərq” çay evinə gəliblər.

Saat 23 radələrində Sabir Cövdətdən kiməsə zəng etmək üçün Cövdətdən mobil telefonunu istəyib, amma həmin nömrəyə zəng çatmaması səbəbindən əsəbləşərək, əlində telefonla əyləşdikləri masadan qalxaraq, çay evini işlədən Əli Əlizədənin oturduğu masaya yaxınlaşıb, orda əyləşib.

Bir neçə dəqiqədən sonra Covdət telefonunu geri qaytarmasını xahiş etsə də, Sabir onu verməkdən imtina edib.

Bunu özünə qarşı hörmətsizlik kimi qəbul edən Abbasov əvvəlcə Ələkbərova yumruqla, sonuncu telefonu yerə atandan sonra isə, masanın üzərindən götürdüyü çaydanla baş nahiyyəsinə zərbələr endirib.

Zərbələrdən çaydan qırıldıqdan sonra Sabirə bir dəfə ayağı ilə zərbə vurub. Yanlarında olan şəxslər onu ordan uzaqlaşdırandan sonra, saat 23:35-də çay evinin qarşısında yenidən onu təhqir etməsi səbəbindən, fasilələrlə Ələkbərova çoxsaylı, dərəcələri təyin olunmayan bədən xəsarətlər yetirib. Bu hərəkətləri ilə o, zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.

İş üzrə dindirilmiş Cövdət Abbasov bildirib ki, Sabir Ələkbərovla təxminən 5-6 il əvvəl tanış olub, aralarında hər hansı ədavət olmayıb.

Vaxtını əsasən evdə və ya çay evində keçirib. Oktyabrın 16-da axşam Sabirlə spirtli içki qəbul etdikdən sonra “Şərq” çay evinə gedib, orda nərd oynayıblar.

Ələkbərovun xahişi ilə dəfələrlə bir mobil nömrəyə zəng etsə də, əlaqə saxlamaq mümkün olmayıb. Arağ içdikdən sonra Sabir telefonu götürüb, yenidən nömrəyə zəng edib.

Zəng çatmadığlna görə, tanışı telefonu masanın üzərinə çırpıb. Niyə belə etdiyini soruşanda, Sabir onu və ailəsini nalayiq sözlərlə təhqir edib.

Ələkbərovun yaşca böyük olması səbəbindən ona əl qaldırmayıb. Sabir onunla əyləşdiyi masadan qalxıb, çay evini işlədən Əli və tanımadığı şəxsin oturduqları divanda əyləşib.

Getdikdən sonra onun qayıdacağını düşünüb, 10 dəqiqə masada tək oturub, оnu gözləyib. Sonra arxasınca gedib, Sabirdən mobil telefonunu qaytarmasını istəyib.

Ələkbərov onu söyüb, cavab olaraq o da, tanışını təhqir edib. Bir-birinə yumruqla zərbələr vurublar. Onu söyməsinə və telefonu yerə çırpmasına əsəbiləşib, masadan götürdüyü çaydanla Sabirin baş nahiyyəsinə bir neçə zərbə endirib.

Tanışı üzərinə gəlmək istədidkdə dəhlizdə yerə yıxılıb. Bundan sonra onları aralayıblar və o, çay evindən çıxıb.
Arxaya baxanda bir neçə şəxsin Sabiri, pilləkənlərlə çay evindən aşağıya düşürdüklərini görüb.

Səkidə otuzdurub, üzünə su vurublar. Sabir onu hədələyib, söydüyü üçün yanına qayıtıb, amma onu vurub-vurmadığını xatırlamır.

Ayın 17-də səhər polis əməkdaşları evinə gəlib, Ələkbərovun öldüyünü bildiriblər. Təqsirləndirilən şəxs zərərçəkmişi öldürmək niyyəti olmadığını, ona qarşı yalnız hirsini soyutmaq istədiyini qeyd edib.

Məhkəmə prosesində Cövdət Abbasov özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanuna müvafiq cəza təyin edilməsini xahiş edib.

Мəhkəmə, ittihamdan CM-nin 120.2.2-ci, 120.2.9-cu və 221.3-cü maddəllərinin xaric edilməsini əsaslı sayıb.
Çünki ittihamın bu hissəsi öz təsdiqini tapmayıb.

Məhkəmə hesab edib ki, Abbasovun Ələkbərovu xüsusi amansızlıqla qəsdən öldürməsi sübuta yetirilib. Onun əməli CM-nin 120.2.4-cü maddəsi ilə düzgün tövsif olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Abbasov (1977-ci il təv.) 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  •  (0)
  •  (0)